21 Şubat 2023 Salı

"Bayatı-Şiraz" - Kənan Bayramlı ve Tacir Shahmalioglu

 

Kənan Bayramlı 





Tacir Shahmalioglu



Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə Xuda,

Sonra vermiş vətənim nəşvü-nüma.

Vətənim verdi mənə nanü nəmək,

Vətəni məncə unutmaq nə demək?!

Anadır hər kişiyə öz vətəni:

Bəsləyib sinəsi üstündə onu.

Südüdür kim, dolanıb qanım olub,

O mənim sevgili cananım olub,

Saxlaram gözlərim üstə onu mən,

Ölərəm, əldən əgər getsə vətən.

Vətənin neməti nisyan olmaz,

Naxələflər ona qurban olmaz.

Vətən – əcdadımızın mədfənidir,

Vətən – övladımızın məskənidir.

Vətənin sevməyən insan olmaz,

Olsa, o şəxsdə vicdan olmaz.


Hiç yorum yok:

Yorum Gönder

Ankaralılar yaz gelince ne yaparlar?

  https://filmmirasim.ktb.gov.tr/