Sənə çox can dedim ey can,can olub neynəmisən?
Demə canan özüvə,canan olub neynəmisən?
Getmisən biganəni şad eyləmisən,
Həsrətinlə ürəyim al-qan olub neynəmisən?
Demə imkanım olanda səni yad eyləyirəm,
O qədər imkan olub, fürsət olub neynəmisən?
Dərmanım olsa da səndə, ölərəm istəmərəm,
Səndə hər dərdimə hər dərman olub neynəmisən?
Baba, biz insanıq insan ilə insanlıq edək,
Deməsinlər bizə qoy insan olub neynəmisən?
Hiç yorum yok:
Yorum Gönder